“Qatar Airways” Bəhreyn, Küveyt və Ərbilə uçuşları TƏXİRƏ SALDIbackend

“Qatar Airways” Bəhreyn, Küveyt və Ərbilə uçuşları TƏXİRƏ SALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər Hava Yolları üç ölkəyə sərnişin uçuşlarını müvəqqəti dayandırıb.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Qatar Airways” (Qətər Hava Yolları) aviaşirkəti Bəhreyn, Küveyt və İraqın Ərbil şəhərinə həyata keçirdiyi müntəzəm sərnişin reyslərini müvəqqəti olaraq dayandırıb.

Aviaşirkətin qəbul etdiyi qərara əsasən, qeyd olunan istiqamətlər üzrə bütün sərnişin uçuşları cari ilin iyul ayının sonuna qədər təxirə salınıb.

Məhdudiyyətin tətbiq edilməsi səbəbləri barədə hələlik rəsmi geniş açıqlama verilməsə də, bu addımın regional aviasiya təhlükəsizliyi tədbirləri və ya daxili texniki əməliyyat planlaşdırılması ilə bağlı ola biləcəyi ehtimal edilir.

Xuraman Etibarlı

İnterpress.аz