Kolumbiyada başqasının həyətinə girmək istəyən şəxsin ayağını itlər parçalayıb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kolumbiyada özgəsinin şəxsi mülkiyyətinə qanunsuz daxil olmaq istəyən şəxsin cəhdi onun ağır bədən xəsarətləri alması ilə nəticələnib.
Hasarı aşaraq həyətə daxil olan cinayətkar dərhal ərazini qoruyan mühafizə itlərinin kəskin hücumuna məruz qalıb.
Qəzəbli heyvanlar qanun pozucusunun sağ ayağını sındırıb, ətini qoparıblar və ətrafdakı hadisə şahidlərinin müdaxiləsinə qədər onu buraxmayıblar.
Ağır vəziyyətdə olan zərərçəkən dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Məlumata görə, müalicəsi uğurla başa çatdıqdan sonra həmin şəxs başqasının şəxsi mülkünə qanunsuz daxil olduğu üçün məhkəmə qarşısında rəsmi cavab verməli olacaq.
Faktla bağlı polis tərəfindən cinayət işi başlanılıb.

Xuraman Etibarlı
İnterpress.аz






