Arxangelskdə UAZ sürücüsü geriyə hərəkət edərkən 81 yaşlı qadının üstündən bir neçə dəfə keçib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Arxangelsk şəhərində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
“UAZ” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini geriyə idarə edərkən piyada keçidində olmayan 81 yaşlı təqaüdçü qadını vurub və diqqətsizlikdən onun üstündən bir neçə dəfə keçib.
Hadisə nəticəsində ağır və çoxsaylı bədən xəsarətləri alan ahıl yaşlı qadın dərhal xəstəxanaya yerləşdirilib.
Həkimlər hazırda reanimasiyada olan zərərçəkənin ümumi vəziyyətini son dərəcə ağır kimi qiymətləndirirlər.
Faktla bağlı yerli yol polisi və hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb.
Sürücünün məsuliyyətsizliyi ucbatından baş verən hadisə ilə əlaqədar rəsmi cinayət işinin açılması məsələsinə baxılır.
Xuraman Etibarlı
İnterpress.аz






