Mülklərini ələ keçirmək üçün yaxınlarını zəhərləyən manyak ÖMÜRLÜK HƏBS EDİLDİbackend

Mülklərini ələ keçirmək üçün yaxınlarını zəhərləyən manyak ÖMÜRLÜK HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada yaxınlarını zəhərləyib mülklərini ələ keçirmək istəyən manyak ömürlük həbs edilib

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Balaşixa şəhərində yaxınlarını zəhərləyərək öldürməkdə ittiham olunan Artyom Missiura barəsində məhkəmə tərəfindən ömürlük həbs qərarı çıxarılıb.

O, internet vasitəsilə əldə etdiyi güclü zəhəri altı ay ərzində doğmalarının qida və içkilərinə qataraq onların əmlaklarını mənimsəməyə çalışıb.

Həmin vaxt cinayətkarın ümumilikdə 3 milyon rubldan (təxminən 65 min manat) çox banka kredit borcu olub.

Onun amansız cinayətlərinin qurbanı öz doğma nənəsi və uşaqlıq dostu olub. Həmçinin bacısı, dayısı, sevgilisi və digər iki dostu da daxil olmaqla, ümumilikdə yeddi nəfəri zəhərləyərək öldürməyə cəhd edib.

Missiura qətl ittihamları ilə yanaşı, həm də dələduzluqda təqsirli bilinib. O, sevgilisinin xəstəxanada ağır vəziyyətdə müalicə olunduğu vaxt onun telefonundan gizlicə istifadə edərək qızın adına 570 min rubl (təxminən 12 430 manat) həcmində saxta kredit rəsmiləşdirib.

Manyak istintaqa etiraf edib ki, o, qurbanlarına əvvəlcədən zəhərlənmiş meyvə şirələri verib, yaxud kimyəvi toksik maddələri xörək duzuna və evdəki yeməklərə qatıb.

O, qohumlarını mənzillərini ələ keçirmək, dostlarını isə borclarını qaytarmaq istəmədiyi üçün zəhərlədiyini bildirib.

Hazırda onun psixi sağlamlıq durumu ekspertlər tərəfindən yoxlanılır.

Xuraman Etibarlı

İnterpress.аz