Hasardan aşmaq istəyən azyaşlı mühafizəçinin kobud rəftarı ucbatından ÖLDÜbackend

Hasardan aşmaq istəyən azyaşlı mühafizəçinin kobud rəftarı ucbatından ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tolyattidə mühafizəçinin hasardan dartıb yıxdığı 10 yaşlı uşaq xəstəxanada ölüb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Tolyatti şəhərində resurs təchizatı müəssisəsinin mühafizəçisinin səhlənkar və kobud hərəkəti azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisəyə səbəb olub. Bu barədə Samara vilayətinin Prokurorluğu rəsmi məlumat yayıb.

Məlumata görə, mühafizəçi hasardan aşmağa çalışan 10 yaşlı oğlanı görərək onu yaxalayıb və kəskin şəkildə özünə tərəf dartıb. Nəticədə dəmir hasar iti ucu uşağın bədənini deşib.

Ağır bədən xəsarətləri alan uşaq növbəti gün yerləşdirildiyi xəstəxanada həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı Samara hüquq-mühafizə orqanları tərəfindən ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə rəsmi cinayət işi başlanılıb.

Hazırda hadisəni törədən mühafizəçinin saxlanıldığı və insidentin dəqiq başvermə şəraitinin araşdırıldığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.аz