Böyük Britaniyada qadın onlayn iclasda kameranı açmağa məcbur edən rəhbərini məhkəməyə verərək təzminat qazanıb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Böyük Britaniyada işçilərin hüquqları ilə bağlı maraqlı və presedent yaradacaq məhkəmə qərarı qəbul edilib. İngilis qadın iş zəngi zamanı müdirinin onu kamerasını yandırmağa məcbur etməsindən sonra kompensasiya qazanıb.
Məlumata görə, əməkdaş kəskin daxili həyəcan və təşviş pozuntusu səbəbindən kameranı aça bilməyəcəyini rəhbərliyinə əvvəlcədən bildirsə də, menecer onun bu xahişinə məhəl qoymayaraq israr edib.
Güclü stress və panika keçirən qız onlayn iclası yarımçıq tərk edib və dərhal məhkəməyə müraciət edib.
Məhkəmə işəgötürənin bu davranışını sağlamlıq vəziyyətinə görə birbaşa ayrı-seçkilik (diskriminasiya) kimi qiymətləndirib.
Hakimin qərarı ilə şirkət zərərçəkən qadına müvafiq məbləğdə təzminat ödəməyə məhkum edilib.
Xuraman Etibarlı
İnterpress.аz






