ABŞ İsraildəki vətəndaşlarına uçuşların ləğv edilməsinə hazır olmaq barədə xəbərdarlıq edib.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ-nin Qüdsdəki səfirliyi Yaxın Şərqdə kəskinləşən gərginlik səbəbindən bölgədə ümumi təhlükəsizlik vəziyyətinin olduqca mürəkkəb olaraq qaldığını bəyan edib.
Diplomatik nümayəndəlik bununla bağlı hazırda İsrail ərazisində yaşayan bütün Amerika vətəndaşlarına təcili müraciət ünvanlayıb.
Səfirlik vətəndaşları son dərəcə ehtiyatlı olmağa, sayıqlığı qorumağa, həmçinin aviareyslərin qəfildən ləğv edilməsinə və hava məkanının müvəqqəti qapadılması ehtimalına tam hazır olmağa çağırıb.
Qeyd edək ki, ABŞ rəsmi dairələri və bir çox Qərb dövlətləri regionda hərbi risklərin artması fonunda öz vətəndaşlarına Yaxın Şərqə səyahətlərdən qətiyyətlə yayınmağı və mövcud təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edirlər.
Xuraman Etibarlı
İnterpress.аz






