Sadiq it 2 həftə əvvəl öldürülən sahibəsinin cəsədini tapmağa KÖMƏK ETDİ – FOTObackend

Sadiq it 2 həftə əvvəl öldürülən sahibəsinin cəsədini tapmağa KÖMƏK ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva ətrafında iti 2 həftə əvvəl yoxa çıxan və sevgilisi tərəfindən öldürülən sahibinin cəsədini tapıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskva vilayətində dəhşətli qətl hadisəsinin üstü sadiq ev heyvanının köməkliyi ilə açılıb. 39 yaşlı Natalya öz “spaniel” cinsli iti ilə birlikdə gəzintiyə çıxıb və bundan sonra izsiz-tozsuz yoxa çıxıb.

Onu sonuncu dəfə görən şəxs birgə yaşadığı sevgilisi olub. Yaxınlarının verdiyi məlumata görə, həmin gün cütlük arasında kəskin mübahisə baş verib.

Bir neçə gün davam edən axtarışlardan sonra xilasedicilər meşəlikdə, köhnə daxmanın yanında qorxmuş vəziyyətdə oturan spaniel itini aşkarlayıblar.

İtin sığındığı yerin çox yaxınlığında isə qətlə yetirilmiş Natalyanın cansız bədəni tapılıb.

Məlum olub ki, qətli törətməkdə şübhəli bilinən 44 yaşlı Pavel artıq Rusiya sərhədlərini tərk edib və hazırda Türkiyədə gizlənə bilər.

Şübhəli şəxs barəsində artıq rəsmi olaraq beynəlxalq axtarış elan olunub.

Mərhum Natalya peşəkar psixoloq və stilist kimi fəaliyyət göstərirdi.

Xuraman Etibarlı

İnterpress.аz