MDU-nun itkin düşən dosenti Vladimir Krjevovun meyiti Tver vilayətində tapılıb.
İnterpress.аz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Moskva Dövlət Universitetinin (MDU) itkin düşmüş əməkdar müəllimi, dosent Vladimir Krjevovun cansız bədəni Tver vilayətində, sanatoriyalardan birinin yaxınlığında aşkarlanıb. Bu barədə hüquq-mühafizə orqanlarının operativ xidmətindən rəsmi məlumat verilib.
Məlumata görə, Seliger gölü ətrafında qəfildən itkin düşən tanınmış müəllimin tapılması istiqamətində uzun müddətdir xilasedicilər və asayiş keşikçiləri tərəfindən genişmiqyaslı axtarış tədbirləri həyata keçirilirdi.
Faktla bağlı Tver vilayətinin hüquq-mühafizə orqanları tərəfindən rəsmi araşdırma başlanılıb.
Hazırda MDU dosentinin ölümünün dəqiq səbəbləri və hadisənin başvermə təfərrüatları təyin olunmuş müvafiq ekspertizalar vasitəsilə dəqiqləşdirilir.
Xuraman Etibarlı
İnterpress.аz






