Çinli məmur korrupsiya əməliyyatından sonra İNTİHAR ETDİ – VİDEObackend

Çinli məmur korrupsiya əməliyyatından sonra İNTİHAR ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində çoxmilyonluq korrupsiya sxemi ifşa olunan keçmiş məmur intihar edib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Çində çoxmilyonluq irimiqyaslı korrupsiya şəbəkəsinin ifşa olunmasından sonra rəsmi dövlət məmuru intihar edib.

O, çoxmərtəbəli binanın eyvanından özünü aşağı ataraq hadisə yerindəcə dünyasını dəyişib.

Vəfat edən şəxsin Dəmir Yolu İctimai Təhlükəsizlik Bürosunun keçmiş rəhbəri olduğu bildirilir.

O, milyonlarla dollarlıq rüşvət və korrupsiya sxeminin əsas təşkilatçısının ən yaxın şəriki və köməkçisi hesab olunurdu.

Keçmiş məmurun özünü hündürmərtəbəli binadan ataraq intihar etdiyi anların videogörüntüləri qısa müddətdə qlobal internet şəbəkələrində geniş yayılaraq böyük rezonans doğurub.

Faktla bağlı Çinin hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.аz