Rusiyada qulluq salonunda zəncirdə boğulan “Pekines” cinsli it tələf olub.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Naberejnıye Çelnı şəhərində heyvan qulluq salonunda bədbəxt hadisə baş verib. “Pekines” cinsli olan “Lyolik” adlı kiçik it salonda baxım zamanı zəncirdə boğularaq ölüb.
İtinin tüklərini qırxdırmaq üçün bura gətirən sahibəsi üç saat sonra heyvanın nəfəs almadığı barədə xəbər alıb.
Baytarlıq klinikasında aparılan təcili reanimasiya tədbirləri heyvanı xilas etməyə kömək etməyib.
Kameralara düşən görüntülərə əsasən, salondakı usta ev heyvanı ilə olduqca kobud davranıb, onu quyruğundan tutaraq yuxarı qaldırıb və boyunluq zəncirini kəskin şəkildə yuxarı dartaraq sıxıb.
İtin sahibi heyvanın məhz bu səhlənkar rəftar səbəbindən boğularaq öldüyünə tam əmindir.
Sözügedən heyvan qulluq salonu baş vermiş hadisədə öz günahını rəsmən qəbul etmir.
Faktla bağlı yerli polis idarəsi tərəfindən rəsmi təhqiqat işlərinə başlanılıb.
Xuraman Etibarlı
İnterpress.аz






