Peskov: Zelenskini Moskvada danışıqlar üçün hələ də gözləyirlərbackend

Peskov: Zelenskini Moskvada danışıqlar üçün hələ də gözləyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml Zelenskinin Moskvaya gələcəyini gözləyir.

İnterpress.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskini Moskvada danışıqlar üçün hələ də gözləyirlər.

“Rusiya Prezidenti Vladimir Putin əvvəllər demişdi: Zelenski danışıqlar aparmaq istəsə, Moskvaya gələ bilər.

Əgər sammitdən danışsaq, bəzi razılaşmaları yekunlaşdırmaq lazımdır və razılaşmaların özləri də çox çətin danışıqlar zamanı hazırlanmalıdır”, – Peskov qeyd edib.

Peskovun bəyanatı Putin, Tramp və Zelenski arasında mümkün üçtərəfli sammitin müzakirəsi fonunda verilib.

Bir gün əvvəl prezidentin mətbuat katibi qeyd edib ki, Rusiya və Ukrayna arasında danışıqlar üçün hələ heç bir ilkin şərt yoxdur, çünki “Kiyev real nizamlama prosesinə qoşulmaq istəmir”.

Xuraman Etibarlı

İnterpress.az