Çində dünyanın ən hündür körpüsünün altında mükəmməl dairəvi göy qurşağı yaranıb.
İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Çinin Quançjou əyalətində yerləşən Huaçzyan körpüsündən suyun buraxılması zamanı qeyri-adi göy qurşağı əmələ gəlib.
Körpü çayın üzərindən 625 metr hündürlükdə yerləşir.
Yuxarıdan çəkilən görüntülərdə göy qurşağı tam dairə formasında görünüb.
Xuraman Etibarlı
İnterpress.az






