Türkiyədə turist və pilot paraplan qəzasında ÖLDÜ – VİDEObackend

Türkiyədə turist və pilot paraplan qəzasında ÖLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə çinli turist paraplan qəzasında ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Hadisə Muğlanın Fəthiyə rayonunun Ölüdəniz kurortunda baş verib. İki nəfərlik paraplan Babadağdan uçuş zamanı yerə çırpılıb.

Qəza nəticəsində çinli turist və təcrübəli pilot-instruktor Ali Kıdıl həyatını itirib.

Şahidlərin sözlərinə görə, pilotla növbəti uçuşu rusiyalı turist etməli olub və o, artıq uçuşa hazırlaşırmış.

Yerli medianın məlumatına görə, xilasedicilər çətin qayalı relyef səbəbindən ölənlərin cəsədlərinə yalnız 10 saat sonra çata biliblər.

Bölgədə paraplan uçuşları müvəqqəti dayandırılsa da, növbəti gün yenidən bərpa edilib.

Xuraman Etibarlı

İnterpress.az