Monteneqroda atıcılıq klubunda üç nəfəri öldürən şəxs AXTARILIR – FOTObackend

Monteneqroda atıcılıq klubunda üç nəfəri öldürən şəxs AXTARILIR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monteneqroda atıcılıq klubunda üç nəfərin qətlində Rusiya vətəndaşı şübhəli bilinir.

İnterpress.az xəbər verir ki, bu barədə Monteneqro polisi məlumat yayıb.

Daniloqrad şəhərindəki atıcılıq klubunda baş verən silahlı insident nəticəsində Podqoritsadan olan 20 və 24 yaşlı iki nəfər, həmçinin Daniloqraddan olan 67 yaşlı kişi öldürülüb.

Polisin məlumatına görə, şübhəli şəxs klubun ziyarətçisi kimi gəlib, silah aldıqdan sonra atəş açıb və hadisə yerindən qaçıb.

Cinayətdə 30 yaşlı Perm sakini Mixail Şabuninin şübhəli bilindiyi və onun silahlı ola biləcəyi bildirilir.

Şübhəlinin istifadə etdiyi ehtimal olunan “Seat Cordoba” avtomobili Podqoritsanın kənarında tapılıb.

Polis şəhər və ətraf ərazilərdə axtarışları gücləndirib, sakinlərdən evlərində qalmaq və şübhəli şəxslər barədə məlumat vermək xahiş olunub.

Atışmadan sonra sentyabrın 1-i və 2-si Monteneqroda matəm günləri elan edilib.

Daniloqradda tədris ilinin başlanması sentyabrın 3-nə təxirə salınıb.

Xuraman Etibarlı

İnterpress.az