Tim Kuk 15 ildən sonra Apple rəhbərliyindən GETDİbackend

Tim Kuk 15 ildən sonra Apple rəhbərliyindən GETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tim Kuk Apple şirkətinin rəhbəri vəzifəsini tərk edib.

İnterpress.az xəbər verir ki, Tim Kuk 15 il rəhbərlik etdiyi Apple şirkətində baş direktor vəzifəsini yeni CEO-ya təhvil verib.

Kukun rəhbərliyi dövründə Apple Watch, AirPods və M seriyalı prosessorlar təqdim edilib, Apple TV+ və Apple Music xidmətləri istifadəyə verilib, həmçinin iPhone Pro modelləri yaranıb.

Onun 15 illik rəhbərliyi dövründə şirkətin illik gəliri 108 milyard dollardan 416 milyard dollara yüksəlib.

Apple-ın bazar dəyəri isə 350 milyard dollardan təxminən 4 trilyon dollara çatıb.

Tim Kuk şirkətə 15 il rəhbərlik edərək bu vəzifədə Stiv Cobsdan iki il daha çox çalışıb.

Xuraman Etibarlı

İnterpress.az