Yeni iPhone 18 Pro Max modellərinin görüntüləri YAYILDI – FOTObackend

Yeni iPhone 18 Pro Max modellərinin görüntüləri YAYILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

iPhone 18 Pro Max-ın fotoları təqdimatdan 10 gün əvvəl sızdırılıb

İnterpress.az xəbər verir ki, bu barədə insayder “Majin Bu” məlumat yayıb. Şəbəkədə qablaşdırılmış iPhone 18 Pro Max modellərinin fotoları yayılıb.

Görüntülərdə smartfonun tünd albalı və açıq mavi rənglərdə olduğu görünür. Bu rənglər daha əvvəlki sızıntılarda da qeyd edilib.

İddialara görə, Pro seriyası Dark Cherry, Light Blue, Dark Gray və Silver olmaqla dörd rəngdə təqdim ediləcək.

Apple-ın təqdimatının sentyabrın 9-da keçirilməsi gözlənilir.

Tədbirdə iPhone 18 Pro və Pro Max ilə yanaşı, qatlanan iPhone, yeni Apple Watch və AirPods Pro modellərinin də nümayiş etdiriləcəyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az