Rusiyada 7-ci sinif şagirdi müəllimə bıçaqla HÜCUM ETDİbackend

Rusiyada 7-ci sinif şagirdi müəllimə bıçaqla HÜCUM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kansk şəhərində məktəbli qız qadın müəllimə bıçaqla hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV” məlumat yayıb.

İlkin məlumata görə, Kansk şəhərində 2 nömrəli məktəbdə sıraya düzülməzdən əvvəl 7-ci sinif şagirdi qadın müəllimin üzərinə bibər qazı püskürtdükdən sonra ona bıçaqla hücum edib.

Şagirdlərdən birinin anası müdaxilə edərək hücum edən qızı dəhlizə çıxarıb.

Şagirdin hücumu nəticəsində yeddi nəfər zərər çəkib. Onlardan beşi uşaq olub.

Məktəbin direktorunun sözlərinə görə, hadisə yerində istintaqçılar işləyir.

Xuraman Etibarlı

İnterpress.az