Maryinoda kürəklə hücuma məruz qalan feldşer qadın əlil qala bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Maryinoda məbədin yaxınlığında kürəklə hücuma məruz qalan 23 yaşlı feldşer Polina G. ağır vəziyyətdə reanimasiyada müalicə olunur. Həkimlər onda kəllə əsası sınığı aşkarlayıblar.
Zərbədən sonra qızın başının arxa hissəsində 7 santimetr uzunluğunda açıq yara yaranıb. O, hazırda süni tənəffüs aparatına qoşulub.
Həkimlər onun əlil qala biləcəyini bildirirlər.
Hadisə zamanı hücum edən şəxsi güllələyən kişinin travmatik silah gəzdirmək icazəsinin olduğu bildirilir. O, hazırda saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






