Neonatologiya şöbəsində DƏHŞƏTLİ HADİSƏ: Körpə ağır yanıq xəsarətlərindən ÖLDÜ – FOTOLARbackend

Neonatologiya şöbəsində DƏHŞƏTLİ HADİSƏ: Körpə ağır yanıq xəsarətlərindən ÖLDÜ – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelada həkimlərin səhvi körpənin ölümü ilə nəticələnib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, vaxtından əvvəl doğulan Yan adlı körpə nəzarət altında saxlanılması üçün neonatologiya şöbəsinə yerləşdirilib.

Lakin palatada istifadə olunan işıqlandırma və körpəni isitmək üçün nəzərdə tutulan lampa düzgün bərkidilmədiyindən yerə düşərək yatmış körpənin üzərinə çırpılıb.

Hadisə nəticəsində körpə ağır yanıq xəsarətləri alıb.

Həkimlər uzun müddət onun həyatını xilas etməyə çalışsalar da, Yan aldığı xəsarətlərdən vəfat edib.

Xuraman Etibarlı

İnterpress.az