Hindistanda qadını öldürməkdə şübhəli bilinən şəxs polis tərəfindən dəyənəklə döyülüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, 25 yaşlı kişi qadının öldürülməsi ilə bağlı istintaq eksperimenti üçün hadisə yerinə gətirilib.
Burada polis əməkdaşlarının şübhəli şəxsi insanların gözü qarşısında dəyənəklərlə döydüyü bildirilir.
Hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, bu addımla qadınlara qarşı zorakılıq tətbiq edən şəxslərə xəbərdarlıq etmək istəyiblər.
Xuraman Etibarlı
İnterpress.az






