General-mayor yanacaq oğurluğuna görə SAXLANILDIbackend

General-mayor yanacaq oğurluğuna görə SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva vilayəti üzrə DİN Baş İdarəsinin keçmiş rəis müavini yanacaq oğurluğuna görə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Moskva vilayəti üzrə DİN Baş İdarəsinin keçmiş rəis müavini, arxa təminat üzrə rəis vəzifəsində çalışmış daxili xidmət general-mayoru Sergey Malkov saxlanılıb.

Onun motor yanacağının mənimsənilməsi ilə bağlı şübhəli bilindiyi bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Bildirilir ki, Daxili Xidmət general-mayoru Sergey Malkov Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinə məxsus motor yanacağının oğurlanmasına görə 10 ilə qədər həbs cəzası ilə üzləşir.

Xuraman Etibarlı

İnterpress.az