Türkiyədə rusiyalı və ukraynalı turistlər arasında əlbəyaxa DAVA DÜŞDÜ – VİDEObackend

Türkiyədə rusiyalı və ukraynalı turistlər arasında əlbəyaxa DAVA DÜŞDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alanyadakı beşulduzlu oteldə rusiyalı və ukraynalı turistlər arasında dava düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Alanyada yerləşən beşulduzlu otellərdən birində rusiyalı və ukraynalı turistlər arasında mübahisə baş verib və tərəflər arasında əlbəyaxa dava düşüb.

Hadisənin hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

Otelin rəhbərliyinin insidentlə bağlı araşdırmaya başladığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az