Moskvanın qərbindəki yaşayış kompleksində kişi travmatik silahla güllələnib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Moskvanın qərbində yerləşən “Match Point” biznes-klass yaşayış kompleksinin sakini travmatik silahla atəşə tutulub.
Yaralı yeraltı dayanacağa qaçaraq qonşularından kömək istəyib. İlkin məlumata görə, onun kürəyinə 4 güllə dəyib.
Zərərçəkənin sözlərinə görə, ona binanın girişində atəş açılıb. Hadisənin səbəbləri və atəş açan şəxsin kimliyi barədə məlumat verilmir.
Yaşayış kompleksində beynəlxalq “Dinamo” voleybol arenası da yerləşir. Burada peşəkar voleybolçular, məşqçilər və digər idman klublarının oyunçularının yaşadığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






