Dünya Saatı Yerin fırlanmasından AYRILIR – Saniyələr ÇIXARILACAQbackend

Dünya Saatı Yerin fırlanmasından AYRILIR – Saniyələr ÇIXARILACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya vaxtının Yerin fırlanmasından ayrılması təklif olunur.

İnterpress.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Mütəxəssislər kompüter sistemlərində mümkün nasazlıqların qarşısını almaq üçün dünya vaxtının Yerin fırlanma sürətindən asılılığının aradan qaldırılmasını müzakirə edirlər.

Məlumata görə, əvvəllər Yerin fırlanmasının tədricən yavaşladığı düşünülürdü. Lakin son illərdə planetin əksinə, bir qədər daha sürətli fırlandığı müşahidə olunur. Bu dəyişiklik vaxt hesablamalarında yeni problemlər yarada bilər.

Nəticədə alimlər tarixdə ilk dəfə olaraq vaxt ölçüsünə əlavə edilən saniyəni çıxarmaq məcburiyyətində qala bilərlər.

Belə dəyişikliklərin kompüter sistemlərinə təsir göstərə biləcəyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az