Çin süni intellektin inkişafını ləngitmək çağırışlarını “qorxu yaratmaq” adlandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyi qabaqcıl süni intellekt modellərinin inkişafının yavaşladılması ilə bağlı çağırışlara münasibət bildirib.
Nazirliyin sözçüsü Quo Cziakun belə yanaşmaların süni intellekt sahəsində qlobal idarəetmə prosesinə zərər verə biləcəyini deyib.
Onun sözlərinə görə, “qorxu yaratmaq, qarşıdurma və zərərli rəqabət” süni intellektin qlobal idarə olunması səylərini zəiflədə bilər və heç kimin maraqlarına uyğun deyil.
Çin rəsmisi texnologiyanın inkişafının açıq, inklüziv və etik prinsiplər əsasında həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Bu açıqlama Anthropic şirkətinin rəhbərinin qabaqcıl süni intellekt modellərinin təkmilləşdirilməsinin müəyyən qədər ləngidilməsi ilə bağlı təklifindən sonra səsləndirilib.
Xuraman Etibarlı
İnterpress.az






