Bu gün 124 minə yaxın uşaq yeni dərs ilinə qədəm qoyur.
İnterpress.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə keçirilən tədbirdə deyib.
Nazir birinci sinfə qədəm qoyan şagirdlərin timsalında bütün şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
Emin Əmrullayev bildirib ki, təhsildə əldə olunan nəticələrin əsasında müəllimlərin fəaliyyəti dayanır. O, müəllimləri də yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.
Nazir valideynlərə də təşəkkürünü bildirib. O qeyd edib ki, valideynlər bütün tədris prosesi boyunca övladlarının yanında olsalar və məktəblə yaxından əməkdaşlıq etsələr, təhsildə daha böyük irəliləyişlərə nail olmaq mümkündür.






