Yaponiyada yaşı 100-dən çox olanların sayı 100 mini keçib.
İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölkədə yaşı 100 və daha çox olan insanların sayı ilk dəfə 100 mini ötüb.
Hazırda Yaponiyada 107,6 min yüzillik insan yaşayır ki, bu da ötən illə müqayisədə 7,9 min nəfər çoxdur.
Uzunömürlülərin təxminən 90 faizini qadınlar təşkil edir.
Xuraman Etibarlı
İnterpress.az






