Paşinyan keçmiş deputatla bağlı araşdırma göstərişi VERDİbackend

Paşinyan keçmiş deputatla bağlı araşdırma göstərişi VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan keçmiş deputat və ailə üzvlərinin fəaliyyətinin araşdırılmasını tapşırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının keçmiş deputatı Hayk Sarkisyanın, onun qardaşı Nairi Sarkisyanın və atası Zare Sarkisyanın əvvəlki fəaliyyətlərinin araşdırılmasını tapşırıb.

Araşdırılan epizodlardan birinin qardaşların Diaspor Nazirliyində çalışdığı dövrə aid olduğu bildirilir. Onlar həmin vaxt nazir Qranüş Akopyanın köməkçiləri olublar.

Qəzet mümkün tədbirlərin Hayk Sarkisyanın hakim komanda ilə münasibətlərinin pisləşməsi ilə əlaqəli ola biləcəyini də iddia edir.

Xuraman Etibarlı

İnterpress.az