Krasnoyarsk diyarında ayını hücumunda yaşlı qadın ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS-a Krasnoyarsk diyarı və Xakasiya üzrə İstintaq Komitəsinin Baş İdarəsindən məlumat verilib.
Yermakovsk bələdiyyə dairəsində ayının hücumuna məruz qalan yaşlı qadın öz evinin yaxınlığında ölü vəziyyətdə tapılıb.
Hadisə zamanı qadının evində qonşusu da olub. O, pəncərənin altında döşəkdə yatıb və xəsarət almayıb.
Əməliyyat xidmətlərinin məlumatına görə, ayı evin içərisinə girməyib.
Xuraman Etibarlı
İnterpress.az






