ABŞ-də aparılan araşdırmaya görə, soyadını dəyişməyən qadınların olduğu nikahlarda boşanma daha çoxdur.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Ailə Araşdırmaları İnstitutunun məlumatlarına istinadən xəbər yayılıb.
Məlumata görə, nikahdan sonra qadının ərinin soyadını qəbul etmədiyi ailələrdə boşanma ehtimalı 50 faiz daha yüksəkdir.
Bu cür nikahlarda ayrılığın orta hesabla 30 faiz daha tez baş verdiyi bildirilir.
Ümumi soyad daşıyan cütlüklər boşanana qədər orta hesabla 12,1 il birlikdə yaşayır.
Fərqli soyadların olduğu ailələrdə isə bu göstərici 7,8 il təşkil edir.
Məlumata görə, uşaqların olması da bu fərqi aradan qaldırmır.
Xuraman Etibarlı
İnterpress.az






