Məktəbdə başlayan dava valideynlərin qarşıdurması ilə NƏTİCƏLƏNDİ – VİDEObackend

Məktəbdə başlayan dava valideynlərin qarşıdurması ilə NƏTİCƏLƏNDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladivostokda məktəbdə şagirdlərin, daha sonra isə valideynlərin arasında dava düşüb

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Vladivostokdakı məktəblərdən birində şagirdlər arasında baş verən dava telefonla çəkilərək ümumi çata yerləşdirilib.

Münaqişədən sonra məktəbə gələn valideynlər arasında da insident yaşanıb. Müəllimlər otağında iki ata arasında dava düşüb.

Yerli KİV-in məlumatına görə, davada hadisəni başlayan oğlanın atası və videoda ətəkdə görünən qızın atası iştirak edib.

Qızın atasının başı yarılıb. Oğlanın atası isə döyülmə ilə bağlı polisə ərizə yazıb.

Videoda şalvar geyinmiş digər qızın isə söhbətə çağırılmadığı bildirilir.

Hadisə ilə bağlı prokurorluq yoxlamaya başlayıb.

Xuraman Etibarlı

İnterpress.az