Fransada balıqçılar yanacağın qiymətinə etiraz olaraq barrikadaları YANDIRDILARbackend

Fransada balıqçılar yanacağın qiymətinə etiraz olaraq barrikadaları YANDIRDILAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada balıqçılar yanacağın bahalaşmasına etiraz olaraq barrikadalar qurub yandırıblar

İnterpress.az xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb.

Fransanın Aralıq dənizi sahilində yerləşən Frontinyan şəhərində təxminən 100 balıqçı yanacağın qiymətinin artmasına və ağır iş şəraitinə etiraz olaraq üçüncü gündür aksiyalar keçirir.

Onlar səhər saatlarında neft anbarına gedən yolu bağlayıb, daha sonra taxta palet, zibil, köhnə torlar və avtomobil şinlərindən hazırlanmış barrikadaları yandırıblar.

Şəhər üzərində qalın qara tüstü yaranıb. Polis etirazçıları ərazidən uzaqlaşdırıb.

Balıqçılar isə yeni blokadalar təşkil edəcəklərini bildiriblər. Aksiyada “Avropa bizi öldürür” və “Aİ qayıqlarımızı batırır, Paris isə baxır” şüarları səsləndirilib.

Balıqçılıq məsələləri üzrə nazir Katrin Şabo etirazçıların nümayəndələri ilə cümə axşamı görüşməyi planlaşdırır.

Hazırda Fransada yanacağın qiyməti Almaniyadan təxminən 20 avro sent/litr daha aşağıdır.

Xuraman Etibarlı

İnterpress.az