Podmoskovyedə 19 yaşlı fotoqraf qızın meyiti çoxmərtəbəli binanın qarşısında tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Podmoskovyedə 19 yaşlı fotoqraf Anastasiya çoxmərtəbəli binanın qarşısında ölü vəziyyətdə tapılıb. Hadisə yerinə gələn həkimlər onun ölümünü təsdiqləyiblər.
İlkin məlumata görə, qız bıçaq xəsarəti alıb və bundan sonra pəncərədən düşüb. Hüquq-mühafizə orqanları intihar versiyasını yoxlayır.
Onun kirayə yaşadığı mənzildə əşyaların qaydasında olduğu bildirilib.
Anastasiyanın hadisədən bir gün əvvəl çətin vəziyyətdə olduğunu tanışlarına söylədiyi qeyd edilir.
O, Dağıstanda doğulub, həyatının böyük hissəsini Vladimir şəhərində keçirib.
Paytaxta köçdükdən sonra son iki il yarım ərzində fotoqrafiya ilə məşğul olub.

Xuraman Etibarlı
İnterpress.az






