Belarusda cəsur pişik sahibini Alabay cinsli itdən xilas edib.
İnterpress.az xəbər verir ki, bu barədə Belarus mediası məlumat yayılıb.
Oksana bir neçə gün əvvəl həyətinin kənarında gəzərkən qəfildən qarşısına böyük bir Alabay çıxıb. Qız evə tərəf qaçmağa başlayıb, lakin it onun ardınca gedib.
Bu zaman Sonya adlı pişik sahibəsinin köməyinə çatıb. Pişik aqressiv itin üzərinə atılaraq onu geri çəkilməyə məcbur edib.
Oksana bildirib ki, Sonya vaxtilə küçədən götürülüb və o, pişiyi aclıqdan ölməkdən xilas edib.
Xuraman Etibarlı
İnterpress.az






