FTB bəzi namizədlərin işə qəbulunda avtomatik imtina qaydasını dəyişib.
İnterpress.az xəbər verir ki, bu barədə FTB direktoru Keş Patel məlumat verib.
FTB rəhbəri Keş Patel Senatda bildirib ki, əvvəllər heyvanlarla cinsi əlaqə və oğurluq kimi əməllərə görə namizədlərin işə qəbulundan avtomatik imtina edilməsi qaydası dəyişdirilib.
Qərarın insan alverinin qurbanı olan və bu cür əməllərə məcbur edilə bilən şəxslərin avtomatik şəkildə işə qəbul prosesindən kənarlaşdırılmaması məqsədi daşıdığı bildirilib.
Bundan əlavə, cinsi xidmətlərə pul ödəyən və ya işəgötürənindən oğurluq edən namizədlərlə bağlı qaydalar da yumşaldılıb.
İndi belə hallar fərdi qaydada qiymətləndiriləcək.
Xuraman Etibarlı
İnterpress.az






