Saratovda qadın miras mübahisəsinə görə bacısını öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Saratovda 38 yaşlı İrina miras üstündə yaranan mübahisə zamanı bacısı Yekaterinaya bıçaqla xəsarətlər yetirib. Qadın aldığı xəsarətlər nəticəsində ölüb.
Bacılar mərhum analarından qalan mənzildə birlikdə yaşayıb və uzun illər əmlakın bölüşdürülməsi ilə bağlı razılığa gələ bilməyiblər.
Növbəti mübahisə zamanı İrina bıçaq götürərək bacısının sinə və boyun nahiyəsinə zərbələr endirib.
Şübhəli şəxs saxlanılıb. Dindirmə zamanı İrina bacısını yalnız qorxutmaq istədiyini, lakin əsəblərinə hakim ola bilmədiyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az






