Etirazçılara qarşı ROBOTLAR: Çində yeni texnologiya sınaqdan KEÇİRİLİR – VİDEObackend

Etirazçılara qarşı ROBOTLAR: Çində yeni texnologiya sınaqdan KEÇİRİLİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin etiraz aksiyalarını dağıtmaq üçün insanabənzər robot-polis hazırlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir.

Çində etiraz aksiyalarının dağıdılması üçün istifadə oluna biləcəyi iddia edilən insanabənzər robotlar hazırlanıb.

Məlumata görə, robot-polis dəyənək və qalxanlarla təchiz edilib.

Hazırda robotlara küçələrdə patrul xidməti aparmaq, şübhəli şəxsləri müəyyənləşdirmək və təhlükəli vəziyyətlərdə hərəkət etmək bacarıqları öyrədilir.

Robotların hansı ərazilərdə və nə vaxt istifadəyə veriləcəyi barədə məlumat açıqlanmayıb.

Xuraman Etibarlı

İnterpress.az