Ruslara GTA VI oyununun quldurluq və əxlaqsızlığı təbliğ etdiyi üçün oynamamaq tövsiyə olunur.
İnterpress.az xəbər verir ki, bu barədə “Rusiya Pravoslav” hərəkatının nümayəndələri açıqlama veriblər.
Hərəkatın nümayəndələri rusiyalıları “GTA VI” videooyununu oynamamağa çağırıblar.
Onların fikrincə, GTA seriyası cinayətkarlığı, zorakılığı və əxlaqsızlığı normallaşdırır.
Açıqlamada bildirilib ki, oyunda avtomobil oğurluğu, narkotik ticarəti, polislərin öldürülməsi və silahlı toqquşmalar adi hadisələr kimi təqdim olunur.
Həmçinin qadınların obyekt kimi göstərildiyi, pul və hakimiyyətin əsas dəyərlər kimi önə çəkildiyi iddia edilib.
Hərəkatın nümayəndələri ənənəvi dəyərlərin qorunmasından danışarkən bu cür oyunlara münasibətdə də ardıcıl olmağın vacibliyini vurğulayıblar.
Fəalların fikrincə, valideynlər uşaqlara GTA VI oynamağın niyə düzgün olmadığını izah etməlidirlər.
Açıqlamada oyunun “Öldürmə”, “Zina etmə” və “Oğurluq etmə” kimi dini əmrləri dəfələrlə pozduğu qeyd olunub.
Xuraman Etibarlı
İnterpress.az






