Binance KXDR-dən olan hakerlər tərəfindən sındırılıb – “Reuters”backend

Binance KXDR-dən olan hakerlər tərəfindən sındırılıb – “Reuters”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binance-ə hücumun arxasında Şimali Koreya hakerlərinin dayandığı bildirilir.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

ABŞ-ın blokçeyn analitikası şirkəti TRM Labs-ın araşdırmasına görə, dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Binance-ə kiberhücumun arxasında Şimali Koreya ilə əlaqəli hakerlər dayanır. Şirkət hücumu “TraderTraitor” adlı qruplaşma ilə əlaqələndirib. Bu qruplaşmanın Lazarus haker qrupunun tərkib hissəsi olduğu bildirilir.

TRM Labs-ın məlumatına əsasən, təxminən 6,36 milyard dollar dəyərində kriptovalyuta 10 blokçeyndəki Binance pul kisələrindən çıxarılıb. Əməliyyatların böyük hissəsi cəmi 20 dəqiqə ərzində həyata keçirilib.

Binance-in ilkin araşdırması hücumun şirkətin DevOps mühəndisinə məxsus noutbukun ələ keçirilməsi nəticəsində mümkün olduğunu göstərir. Hakerlər həmin cihaz vasitəsilə birjanın daxili sistemlərindən birinə daxil olaraq icazəsiz əməliyyatlar həyata keçirə biliblər.

Binance və tərəfdaşları indiyədək təxminən 3 milyard dollar dəyərində vəsaiti dondurmağa nail olublar. Qalan məbləğin taleyi ilə bağlı isə hələlik dəqiq məlumat yoxdur. Birja bütün itkiləri qarşılayacağını və istifadəçilərin vəsaitlərinin təhlükəsizliyini təmin edəcəyini açıqlayıb.

Xuraman Etibarlı

İnterpress.az