Afinada altı nəfərin ölümü ilə nəticələnən partlayışa görə üç nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Kathimerini” qəzeti məlumat yayıb.
Yunanıstanın paytaxtı Afinada qaz borularını oğurlamağa cəhd etdikləri bildirilən üç nəfər saxlanılıb.
İstintaqın ilkin məlumatlarına görə, oğurluq cəhdi yaşayış binasında partlayışa səbəb olub.
Sentyabrın 25-də baş verən partlayış nəticəsində altı nəfər həyatını itirib. Hadisə ilə bağlı araşdırma davam edir.
Xuraman Etibarlı
İnterpress.az






