Amma onlar ünsiyyət sarıdan problem yaşadıqlarını deyirlər.
Ərəb dilini bilən bələdçilərin azlığı ucbatından Azərbaycanın tarixi, coğrafiyası, eləcə də mədəniyyətini təbliğ etmək üçün əlimizə düşən fürsətdən yararlana bilmirik.
Bassam Cuma adlı bələdçi Suriyadandır, 2 ildir Azərbaycanda yaşayır. Deyir rus dilini öyrənib və bura gələn ərəb turistlərə bələdçilik edir. Suriyalı bələdçi burada ərəb dilini bilənlərin az, nəqliyyat və xidmət sahəsində isə problemlərin çox olduğunu deyir.
\”Nəqliyyatla bağlı çətinliklər var. Gecikmələr olur bəzən. Kirayələmək üçün xüsusi avtobuslar azdır. Mehmanxanalarınız möhtəşəmdir. Lakin sayları çox azdır. Turistləri yerləşdirməkdə çətinlik çəkirik. Ünsiyyətlə bağlı məsələyə gəlincə, mən öz vizit kartlarımı paylamışam onlara, taksidə, marketdə, küçədə, mehmanxada ərəb dili ilə bağlı problem olanda zəng edirlər və mən telefon vasitəsilə tərcümə edirəm\”.
Turizm Assosiasiyasının nümayəndəsi deyir ki, problem ərəb turistlərin sayının artması ilə bağlıdır. Amma yeni yaradılan ekskursiya bürosu bu problemlərin qarşısını alacaq.
Qeyd edək ki, büroya ərəb dilini bilən tələbə və müəllimlər də cəlb olunacaq. (milli.az)
İnterpress.az