İnterpress.az xəbər verir ki, Roma Papası Fransisk istefa verəcəyi barədə işarə verib. Onun sözlərinə görə, sələfi 16-cı Benediktdən nümunə götürüb Müqəddəs Taxtda həmişəlik qalmaq istəmir.
“Mən hiss edirəm ki mənim pontifiakım qısa olacaq, 4-5 il. Dəqiq deyə bilmərəm, amma mənə elə gəlir ki, Tanrı məni bu posta həmişəlik təyin etməyib”.
Papa Fransisk bunu Meksika televiziyasına verdiyi müsahibədə deyib. O 16-cı Benediktin addımını mərd addım adlandırıb.
Bundan başqa Pontifik Müqəddəs Taxtın sahibi üçün maksimum yaşın da müəyyən olunmasını (80) təklif edib.
İnterpress.az