Polisin məlumatına görə, naməlum şəxs Viktoriya və Cermeyn Simslərin evinə daxil olub və atəş açıb.
Nəticədə valideynlər və onların 9 yaşlı qızı həlak olub. 6 yaşlı oğlan və 14 yaşlı qız isə sağ qalıblar, ancaq onların durumu kritikdir.
Hazırda ehtimal edilən cani saxlanılıb. Simslərin qonşuları bildirib ki, cinayət yerində çoxlu qan olub. Həlak olanların uşaqları qonşuya qaçaraq kömək istəyiblər.
İnterpress.az