Səhər və gündüz arabir yağış yağacağı gözlənilir. Günün ikinci yarısında hava əsasən yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-5° isti, gündüz 6-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək – 765 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.
Azərbaycan rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda isə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Temperaturun gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
İnterpress.az