Diananın ən az 20 sevgilisi vardıbackend

Diananın ən az 20 sevgilisi vardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Kral ailəsinin təhlükəsizliyini təmin edən keçmiş təhlükəsizlik şefi, Uels Şahzadəsi Diananın aralarında Oscar mükafatlı oyunçu Kevin Costnein da olduğu ən azı 20 sevgilisi olduğunu irəli sürdü.

Şahzadə Diananın ölümünün üzərindən 20 il keçməsinə baxmayaraq haqqında çıxan sensasiyalı xəbərlər bitmir. Son olaraq Windsor Castle keçmiş təhlükəsizlik şefi Dai Davis, Diananın yoldaşı Şahzadə Charlesindən boşandıqdan sonra aralarında məşhur oyunçu Kevin Costnerin də olduğu və ən azı 20 sevgilisinin olduğunu iddia etdi. İtaliyaya yayımlanan maqazin jurnalına müsahibə verən keçmiş təhlükəsizlik işçisi, Costnerin \”The Bodyguard 2\” filmi üçün Dianaya təklif etdiyini, ancaq Diananın qəbul etmədiyini də ifadə etdi. Davis reportajında, əgər Diana bu təklifi qəbul etsəydi, bütün sehrini itirəcəyini də söylədi. Şahzadə Diananın eşq həyatını gizli qapılar arxasında davam etdirdiyini izah edən Davis, \”Kişilərin özü ilə dostluq etməsini sevərdi. Ovlanmağı sevərdi. Əksəriyyətlə evli olan kişiləri təqib etməyi və ya onların özünü təqib etməsini sevərdi\” ifadələrini istifadə etdi. Diananın Kensington Sarayına kişi dostlarını dəvət etdiyini bildirən keçmiş təhlükəsizlik şefi, \”Əlaqələrini böyük gizlilik içərisində davam edərdi. Ən əhəmiyyətli məqsəd, Şahzadəni narahat bir vəziyyətə salmamaq idi\” deyə danışdı.
Xatırladaq ki, Şahzadə Diana, 1996-ci ildə Şahzadə Charlesdan boşanmış, bir il sonrada Misirli iş adamı Dodi əl Fayedlə Fransanın paytaxtı Parisdə keçirdiyi yol qəzasında həyatını itirmişdi.

İnterpress.az