İndi də bəyan edir ki, İsveç qanunlarına görə DAK-ın faliyətini dayandırıram, neymiş Əjdər Tağızadənin evi ünvan göstərilmiş və Əjdər də səlahiyyətli nümayəndə imiş. O qədər, qafildiki, bu adam, hələ də anlamır ki,Qurultay ən üst səviyyədə səlahiyyetli orqandır, qurultayın protokolları ilə keçirildiyi hər hansı ölkədə qeydiyyatdan kecə bilər. Biz də Əjdər Tağızadənin oyun bazlığını bildiyimiz üçün, bir neçə il bundan önce DAK-ı, Almaniyada, Ukraniyada, indi də Türkiyədə qeydiyatdan keçirmişik, Rusiyada və digər ölkələrdə də nümayəndəliklərimiz qeydiyyatdan keçib.
İkincisi, DAK bəyəm, İsveç qanunları ilə fəaliyyət göstərir? Belke de evini ünvan olaraq göstərəndə, İsveçin kəşfiyyat orqanları qarşısında bir öhtəlik götürmisən biz bilmirik? Bəs sən deyirdin mən Güney üçün savaşıram, nə oldu? Bu gün quyruğun tapdalanan kimi, Güneyin dərdini deyən bir təşkilatı qapadıram deyirsən ki, bunu etmək səndən asılı deyil. Yoxsa, İstanbulda keçirilən Qurultayın yeri və mahiyyəti səni bu qədər rahatsız etdi,bəli bu ilki qurultay,Türkiyəmizə və Türk millətinə dəstək amacıyla keçirilmişdi.Erməni soyqırım yalanlarını ifşa etmək məqsədi daşıyırdı,Türkiyəmizi yalnızlaşdırmaq istəyən güclərə qarşı Türk millətinin yanında olduğumuzu göstərmək isteyirdik. Bizim Erməni soyqırım, yalanlarına qarşı durmağımız acaba kimlərin xoşuna getməz?
Əjdər Tağızadə sənin də yaşadığın və vətəndaşı olduğun İsveç höküməti ola bilirmi? İstanbulda qurultayda pafoslu bir çıxış etdin və bir dəfə dəerməni soyqırım yalanını lənətləmədin,niyə səncə? Buna bir açıklaman varmı?Sən bilirsən niyəsini,biz dəyək qoy millət də bilsin. Çünki, İsveç erməni soyqırımı yalanını tanıyan bir ölkədir. Üstəlik həm də soyqırım yoxdur,deyənlərə qarşı cəza qanunu qəbul etmiş bir ölkədir. Burda bozkurt işarəti göstərəcəyinə, bu qanunları qəbul edən və vətəndaşı olduğun ölkənin parlamenti qarşısında etiraz aksiyası keçir, yoxsa Bakıda, Avropada İranın əlehində danışmağa nə varki?!Güneyi çox sevdiyin üçünmü,DAK adına açılmış sayıtı öz reklamın vəşəxsi intiriqalarının savaş meydanına çevirmisən?Əjdər TağızadəGüneyin davasını sənin kimilərin öhtəsinə buraxmıyacaq qədər biz Bütov Azərbaycana könül vermiş insanlarıq və oğlun Babək Tağızadənin işlətdiyi və sənin şəxsi intiriqa yuvana çevrilmiş olduğun, DAK adına sayıtın Dünya Azərbaycanlılar Konqresinə heç bir aidiyatı yoxdur. Bunu da Azərbaycan ictimaiətinin bilməsini istəyirik.
DAK İcra Aparatının rəhbəri
Samir Adıgözəlli
İnterpress.az