“İsrail işğalı bitmədən sülhdən söhbət gedə bilməz”backend

“İsrail işğalı bitmədən sülhdən söhbət gedə bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Beynəlxalq ictimaiyyət ilə BMT Təhlükəsizlik Şurasının ədalətli bir davranış sərgiləməsinin vacibliyini bildirən Əl Sani “BMT TŞ münaqişələrin həlli ilə bağlı uğursuz oldu. Bu vəziyyət şiddət və sabitsizliyə əlverişli şəraitin yaranmasına səbəb olur. İsrailin bütün ərəb torpaqlarındakı işğalı bitmədən, Fələstin xalqına paytaxtı Qüds olan bir dövlət qurma haqqı verilmədən Yaxın Şərqdə sülh və sabitlikdən söz edilə bilməz” deyə vurğulayıb.

Əl Sani BMT TŞ ilə beynəlxalq içtimaiyyətin Suriyadakı böhrana son verilməsi mövzusundakı passiv mövqeyini da tənqid edib.

“Suriyalılar sabitlik üçün mübarizə aparır”

Sabiq Tunis prezidenti Munsif əl-Merzuki isə ağıllı bir hökumətin ədalətli inkişafın əsası olduğunu söyləyib.
Həqiqi mənada sabitliyin təmin edilməsi üçün çağırış edən Merzuki “Suriya xalqı gerçək sabitliyə nail olmaq üçün mübarizə aparır” deyə vurğulayıb.

Qatarda davam edən Doha Forumunda dünya ictimaiyyətin öndə gələn gələn şəxsləri, siyasilər, qərar verici orqanların məsul şəxsləri, parlament üzvləri, iş adamları, alimlər, jurnalistlər və mütəxəssislərlə yanaşı, qeyri-hökumət təşkilatları nümayəndələrindən ibarət təxminən 500 adam ilə bərabər 80 ölkədən regional və beynəlxalq təşkilatlar qatılır.

İnterpress.az