ABŞ Ermənistandan Rusiyaya qarşı cənub cəbhəsi açmaq üçün istifadə etmək niyyətindədir.
interpress.az xəbər verir ki, bu barədə Türkiyənin “Cumhuriyet” qəzeti yazıb Nəşr bildirir ki, ABŞ Ermənistandan Rusiyaya qarşı cənub cəbhəsi açmaq üçün istifadə etmək niyyətindədir.
Jurnalist Mehmed Əli Gülər ABŞ-nin əvvəllər Gürcüstandan istifadə edərək Rusiyaya qarşı cənub cəbhəsi açmağa çalışdığını yazıb.
“Qara dəniz Vaşinqton üçün strateji əhəmiyyət kəsb edir. Və indi Amerika tərəfi Ermənistanda bu kartı oynamağa çalışır. ABŞ bu addımı ilə təkcə Rusiyaya qarşı işləməyə deyil, həm də Rusiya-Türkiyə-İran üçbucağına paz vurmağa çalışır”, – nəşr qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az