ABŞ gürcü-rus oliqarxa sanksiya tətbiq edibbackend

ABŞ gürcü-rus oliqarxa sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ yeni sanksiyalar paketi çərçivəsində “gürcü-rus oliqarxı” Otar Fartsxaladzeyə sanksiya tətbiq edib.
 
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.

Məlumata görə, ABŞ Ukraynaya qarşı müharibə aparmaq üçün Kremlin texnologiya, pul və maliyyə kanallarına çıxışını əngəlləmək üçün Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstandan olan 150-dən çox biznes və fiziki şəxsə sanksiya tətbiq edir.

Sanksiya siyahısına gürcü-rus oliqarx Otar Partsxaladze də daxil edilib. ABŞ Dövlət Departamentinin məlumatına görə, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (“EFESBE”) adı çəkilən oliqarxla Gürcüstan cəmiyyətinə və siyasətinə Rusiyanın xeyrinə təsir etmək üçün işləyib.